AZ

Pul probleminə görə MTV-dəki verilişi bağlandı

“8 ay veriliş apardım. Kanalın ən reytinqli və ən çox gəlir gətirən verilişi oldum.Sadəcə, kanalın maliyyə problemləri, axşam efirləri üçün büdcə ayıra bilməməsi və ümumi ixtisarlar səbəbindən ayrılmaq qərarı verdim. Həm də əməkhaqqqımla bərabər getdim".

Ölkə.az xəbər verir ki, bu sözləri müğənni Kərim Abasov "Öz aramızda" verilişində deyib. Sənətçi MTV-də yayımlanan proqramının yayımının dayandığını açıqlayıb. O bildirib ki, buna səbəb maliyyə problemləri olub.

Kərim sentyabrdan başqa bir kanalda çalışacağını deyib:

"Əsas odur ki, bu gün çox gözəl təkliflər alıram. Sentyabrdan etibarən yeni kanal və yeni layihələrlə efirdə olacağam. Hələlik kanalın adını açıqlamaq istəmirəm, sirr olaraq qalsın. Hazırda iki kanaldan təklif almışıq və seçim üzərində düşünürük".(axsam.az)

Seçilən
0
2
olke.az

10Mənbələr