Dünyaşöhrətli kolumbiyalı müğənni Şakiranın Braziliyanın Kopakabana çimərliyi sahilində keçirilən pulsuz konsertinə rekord sayda tamaşaçı toplaşıb.
Publika.az “Qafqazinfo“ya istinadla xəbər verir ki, konsertə təxminən 2 milyon insan qatılıb.
Bu göstərici tədbiri son illərin ən böyük açıq hava konsertlərindən birinə çevirib.
İfaçı özü də tamaşaçı sayının çoxluğuna təəccübünü gizlədə bilməyib.