AZ

Premyer Liqa: "Zirə" "Qəbələ"ni məğlub edib

Misli Premyer Liqasında XXX turun daha bir oyunu keçirilib.

Azreform.info xəbər verir ki, günün ikinci matçında "Zirə" "Qəbələ"ni qəbul edib.

Zirə Olimpiya İdman Kompleksinin stadionundakı qarşılaşma meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb - 1:0.

78-ci dəqiqədə Martins Junior fərqlənib.

Qələbə sayəsində xallarının sayını 49-a çatdıran "Zirə" dördüncü pillədə qərarlaşıb. "Qəbələ" 20 xalla 11-ci sıradadır.

Günün ilk matçında "Sabah" "Şamaxı"nı üç cavabsız qolla üstələyib.

Qeyd edək ki, tura mayın 4-də yekun vurulacaq. Ötən gün "Kəpəz" "Sumqayıt"ı 2:1, "İmişli" "Araz-Naxçıvan"ı 1:0 hesabı ilə üstələyib.

Seçilən
44
50
azreform.info

10Mənbələr