AZ

Alimlər planetin ən qədim canlısında ölümsüzlük kodu nu tapdı

ain.az bildirir, Qaynarinfo saytına əsaslanaraq.

Alimlər ABŞ-ın səhra bölgəsində 5 000 ildən çox yaşadığı güman edilən "uzunömürlü şam”ın DNT-sini deşifrə ediblər. Bu canlı sanki ümumiyyətlə qocalmır.

Qaynarinfo xəbər verir ki, bu barədə "Daily Mail" yazır.

Sözügedən ağac sivilizasiyalardan da qədim hesab olunur – hətta Misir piramidalarının tikintisi başlamazdan əvvəl belə mövcud olub. Tədqiqatçılar onun genomunda nəhəng genetik kod aşkar ediblər: təxminən 24 milyard hissədən ibarət struktur insan DNT-sindən təxminən səkkiz dəfə böyükdür. Kodun böyük hissəsi təkrarlanan seqmentlərdən ibarət olsa da, bu, ağacın uzunömürlülüyünə mane olmur.

Alimlərin diqqət çəkdiyi əsas məqamlardan biri hüceyrələrdəki çox uzun telomerlərdir. İnsanlarda telomerlər yaşlandıqca qısalır və bu, qocalma prosesini sürətləndirir. Lakin bu ağacda telomerlər qeyri-adi dərəcədə uzundur və hüceyrə qocalmasını demək olar ki, dayandırır.

Bundan əlavə, bitkidə xəstəlikləri dərhal tanıya bilən xüsusi gen-reseptorlar da mövcuddur.

Kaliforniya Universitetinin (Davis) tədqiqatına görə, bu şamlar qocalıqdan ölmür. Onların hüceyrələri insan və heyvanlarda olduğu kimi zəifləməyə məruz qalmır. Ağac yalnız ildırım zərbəsi, güclü yanğın və ya həşərat hücumu nəticəsində məhv ola bilər. Yəni onun yaşamasını məhdudlaşdıran əsas faktorlar xarici təsirlərdir.

Hazırda alimlər bu "əbədi gənclik mexanizminin” insanlarda yaşlanma və xəstəliklərin qarşısını almaqda istifadə olunub-oluna bilməyəcəyini araşdırırlar.

Aydın

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
6
50
qaynarinfo.az

10Mənbələr