AZ

Tbilisidə azərbaycanlı saxlanıldı: silah və narkotik aşkarlanıb

Gürcüstanın paytaxtı Tbilisidə Azərbaycan vətəndaşı saxlanılıb. Əməliyyat şəhərin İsanı-Samqori rayonunda həyata keçirilib.

Məlumata görə, 2001-ci il təvəllüdlü R.M. odlu silah və narkotik vasitələrin qanunsuz əldə edilməsi və saxlanılması ittihamı ilə tutulub. Bu barədə Gürcüstan Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, polis əməkdaşları onun müvəqqəti yaşadığı evdə apardıqları axtarış zamanı bir neçə tapança, döyüş patronları və daraqlar aşkar edərək götürüblər.

Bundan əlavə, hüquq-mühafizə orqanları tərəfindən marixuana və psixoaktiv maddə hesab olunan "bio" da müsadirə olunub.

Faktla bağlı istintaq davam edir. Qeyd olunur ki, iş Gürcüstan Cinayət Məcəlləsinin müvafiq maddələri üzrə araşdırılır və təqsir sübuta yetirilərsə, şəxs 6 ilədək azadlıqdan məhrum edilə bilər.

Seçilən
4
19
far.az

10Mənbələr