ABŞ qoşunlarının Almaniyadan çıxarılması yerli iqtisadiyyata ciddi təsir göstərə bilər.
Musavat.com xəbər verir ki, Ramştayn-Mizenbax şəhərinin meri Ralf Hextler bu qərarın şəhər üçün böyük iqtisadi itkilərlə nəticələnəcəyini bildirib.
Onun sözlərinə görə, şəhərdə ailə üzvləri ilə birlikdə təxminən 8 min amerikalı hərbçi yaşayır. Bu kontingentin mövcudluğu yerli iqtisadiyyata ildə 2 milyard dollardan çox töhfə verir.
Mer qeyd edib ki, ABŞ hərbçilərinin bölgəni tərk etməsi həm xidmət sektoruna, həm də ümumilikdə şəhərin maliyyə dövriyyəsinə ciddi zərbə olacaq.
Musavat.com