AZ

İranda ABŞ və İsrailə işləyən 250-dən çox adamın var-dövləti müsadirə edildi...



Tehranda məhkəmə orqanları milli təhlükəsizliyə xələl gətirməyə yönəlmiş fəaliyyətlərdə ittiham olunan böyük bir qrupa qarşı sərt iqtisadi tədbirlərə başlayıb. Tehran Prokurorluğu tərəfindən aparılan araşdırma çərçivəsində 250-dən çox insanın bütün daşınar və daşınmaz əmlakına həbs qoyulub.

Rəsmi xəbər agentliyi İRNA-nın məlumatına görə, aktivləri dondurulmuş bu şəxslərin ABŞ və İsrailin kəşfiyyat şəbəkələri ilə əlaqəli şəkildə fəaliyyət göstərdikləri və İslam İnqilabına qarşı çıxan qruplarla əlaqələndirildikləri iddia edilir. Əməliyyatın hüquqi əsaslandırılması "ictimai asayişi və milli təhlükəsizliyi qəsdən təhlükə altına qoymaq" kimi göstərilib.

Tehran prokuroru Əli Salehi məhkəmə mexanizminin sabitliyi pozmağa çalışan qruplara qarşı dözümsüz olacağını vurğulayıb. Salihi ictimai təhlükəsizliyin qorunması üçün oxşar əməliyyatların və hüquqi proseslərin güzəştsiz şəkildə davam etdiriləcəyini bildirib.

Tahir TAĞIYEV

Seçilən
60
baki-xeber.com

1Mənbələr