AZ

“Komanda güclü xarakter göstərdi”

“Mançester Yunayted”in baş məşqçisi Maykl Karrik “Liverpul” üzərində qazanılan qələbə ilə bağlı fikirlərini bölüşüb.

 

90deqiqe.Az-ın məlumatına görə, təcrübəli çalışdırıcı bu barədə jurnalistlərə açıqlamasında deyib.

“Çox qol vurduq. Demək olar ki, hər oyunda fərqlənirik. Əgər ciddi çatışmazlığımız varsa, bu, topsuz oyun və rəqibə təzyiqi daha da çətinləşdirmək bacarığımızdır”

O, həmçinin komandasının oyuna yaxşı başladığını və qarşılaşmanın sonunu da məmnunluqla qarşıladığını vurğulayıb: “Oyuna möhtəşəm başladıq. Sonunu da eyni dərəcədə yaxşı başa vurduq. İki uğursuz an bizi sarsıda bilərdi, amma futbolçuların göstərdiyi xarakter və inam çox yüksək səviyyədə idi. Səhvlər oyunun bir hissəsidir”.

Qeyd edək ki, İngiltərə çempionatının 35-ci turunda baş tutan qarşılaşma meydan sahiblərinin 3:2 hesablı qələbəsi ilə yekunlaşıb.“Mançester Yunayted” hazırda turnir cədvəlində 64 xalla üçüncü pillədə qərarlaşıb. Ondan bir pillə aşağıda isə 58 xalla “Liverpul” yer alır.

Seçilən
7
5
90deqiqe.az

6Mənbələr