AZ

Rüşvət iddiası: Bu şəxslərin adı hallanır

Redaksiyamıza şikayət məktubu daxil olub. Məktubda Tibb Baş İdarəsi rəisinin keçmiş müavini, ehtiyatda olan polkovnik Oktay Babayev və mayor İlham Haqverdiyevlə bağlı iddialar səsləndirilib.

Redaksiyaya daxil olan məlumatlarda qeyd edilir ki, hər iki şəxs əvvəlki dövrdə Naxçıvan bölgəsində birgə xidmət keçiblər. İddialara görə, mayor İlham Haqverdiyevin müvafiq vəzifəyə təyinatında Oktay Babayevin birbaşa rolu olub.

Məlumata görə, proseslər Tibb Baş İdarəsinin rəisi, polkovnik Anar İsmayılovun rəhbərlik etdiyi struktur çərçivəsində baş verib.

Eyni zamanda qeyd olunur ki, istintaq tədbirləri çərçivəsində Oktay Babayev prokurorluq orqanlarına dəvət edilib, 48 saat müddətində saxlanıldıqdan sonra sərbəst buraxılıb.

Daxil olan məktubda qeyd edilir ki, hazırda həbsdə olan mayor Ruhin Tağıyev ilə də adıçəkilən şəxslər arasında müəyyən əlaqələr yenə mövcuddur.

Xatırladaq ki, qeyd olunan məlumatlar rəsmi qurumlar tərəfindən təsdiqlənməyib.

Seçilən
5
50
moderator.az

10Mənbələr