“Şalke” bir neçə gün əvvəl Almaniya futbolunun ikinci divizionunda üç mövsüm keçirəndən sonra Bundesliqaya vəsiqə qazanıb.
90deqiqe.Az-ın məlumatına görə, Gelzenkirhen təmsilçisinin bu uğuru baş məşqçi Miron Musliçin əmək müqaviləsinə də təsir edib – avstriyalı mütəxəssisin müqaviləsi avtomatik olaraq uzadılıb.
43 yaşlı baş məşqçi 2028-ci ilin iyun ayına qədər “Şalke”də qalacaq. Musliç Almaniya klubuna 2025-ci ilin mayından rəhbərlik edir.
Cari mövsümdə ikinci Bundesliqada “Şalke” 67 xal toplayaraq başa çatanadək iki tur qalmış çempionluğu rəsmiləşdirib və turnir cədvəlində birinci yeri təmin edib.
Xatırladaq ki, “Şalke” Almaniyanın yeddiqat çempionudur. Klub son dəfə 1958-ci ildə ölkə çempionluğunu qazanıb.