AZ

Paslanmadan ən çox əziyyət çəkən 5 avtomobil açıqlandı

ain.az xəbər verir, Qaynarinfo saytına əsaslanaraq.

Ən güclü avtomobillər belə "pas xəstəliyi” səbəbindən yararsız hala düşə bilər. Bu problem xüsusilə sürücülərin nadir hallarda yoxladığı yerlərdə yaranır və zədələr kritik həddə çatana qədər gizli qalır.

Qaynarinfo xəbər verir ki, bu barədə "SlashGear" nəşri yazır.

Ekspertlərin fikrincə, metalın sürətlə korroziyaya uğramasının əsas səbəbləri nazik zavod örtüyü, ucuz materiallar və konstruksiyada rütubətin toplanmasına səbəb olan səhvlərdir.

"Toyota Tacoma"

Bu model etibarlılığı ilə tanınsa da, çərçivəsinin paslanması onun əsas problemi sayılır. Məsələ o qədər geniş yayılmışdı ki, şirkət iddiaların həlli üçün 3,4 milyard dollar ayırmalı olub.

Məlumata görə, təxminən 813 min "Tacoma" yoxlanılıb, emal edilib və bir çox halda sahiblərinə tamamilə yeni çərçivə ilə pulsuz qaytarılıb.

Ekspertlər bildirirlər ki, işlənmiş "Tacoma" alarkən buraxılış ilini diqqətlə yoxlamaq lazımdır, əks halda çərçivənin dəyişdirilməsi çox baha başa gələ bilər.

"Ford F-150"

ABŞ-da ən populyar pikaplardan biri də siyahıya düşüb. Müasir modellərdə alüminium кузов istifadə olunsa da, altındakı polad hissələr korroziyaya qarşı həssasdır. Sürücülər demək olar ki, yeni avtomobillərdə belə diferensial və kardan vallarda pasdan şikayət edirlər.

Bəzi hallarda pas izləri avtomobil alındıqdan cəmi bir neçə on kilometr sonra müşahidə olunub.

"Chevrolet Silverado 1500"

Bu modeldə problem çərçivənin uğursuz mum örtüyü ilə bağlıdır. Zavodda metalın düzgün hazırlanmadığı üçün örtük tez soyulur və rütubət ilə duzun təsirinə şərait yaradır.

Qeyd olunur ki, nəzəri olaraq 480 min kilometr xidmət müddəti olan avtomobillər bəzən cəmi 41 min kilometrdən sonra ciddi korroziya əlamətləri göstərir.

"Dodge Ram 1500"

"Ram" pikaplarında korroziya problemi 2000-ci illərin əvvəllərindən müşahidə olunur. Xüsusilə 2006-cı il modelləri daha riskli hesab edilir. Yanacaq çəni bərkidicilərinin paslanması səbəbindən şirkət təxminən 300 min avtomobili geri çağırmalı olub.

Mütəxəssislərin sözlərinə görə, bu modelin sahibləri üçün əlavə antikorroziya emalı demək olar ki, zəruri tədbirə çevrilib.

"Nissan Frontier"

Bu model qalmaqalın mərkəzinə düşüb: istifadəçilərdən birində avtomobilin çərçivəsi yedəkləmə zamanı iki yerə bölünüb.

Ekspertlər bildirirlər ki, konstruksiyada rütubətin toplandığı "tələlər” mövcuddur və bu da gizli çatların yaranmasına səbəb olur. Məlumata görə, problem dünya üzrə təxminən 200 min avtomobili əhatə edə bilər. Buna baxmayaraq, istehsalçı tam geri çağırma elan etməyib.

Aydın

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
19
49
qaynarinfo.az

10Mənbələr