AZ

Ferqyusonun səhhəti ilə bağlı son durum

“Mançester Yunayted”in sabiq baş məşqçisi ser Aleks Ferqyusonun səhhəti ilə bağlı yeni məlumatlar yayılıb.  

90deqiqe.Az-ın “Daily Mail"ə istinadən məlumatına görə, Ferqyusonun həyatı üçün təhlükə yoxdur və o, yaxın vaxtlarda evə buraxıla bilər.

Aleks Ferqyuson 1986–2013-cü illərdə “Mançester Yunayted”ə rəhbərlik edib. Onun çalışdırdığı dövrdə komandanın heyətində rusiyalı yarımmüdafiəçi Andrey Kançeliskis də çıxış edib.

Xatırladaq ki, şotlandiyalı mütəxəssis “MY” – “Liverpul” matçından əvvəl xəstəxanaya yerləşdirilmişdi.

Əlavə edək ki, “Mançester Yunayted” evdə “Liverpul”u 3:2 hesabı ilə məğlub edərək Çempionlar Liqasının əsas mərhələsinə vəsiqəni təmin edib.

Seçilən
1
7
90deqiqe.az

8Mənbələr