AZ

ABŞ İranla müharibə etdi, qazanan Rusiya oldu - ŞOK MƏBLƏĞ AÇIQLANDI

Müharibə fonunda İranın Hörmüz boğazını bağlaması və ABŞ-ın tətbiq etdiyi tam blokada dünya bazarında neft qiymətlərinin kəskin yüksəlməsinə səbəb olub ki, bu vəziyyət Rusiyanın xeyrinə nəticələnib. Rusiyanın maliyyə naziri Anton Siluanov neft qiymətlərindəki artım sayəsində ölkə büdcəsinə təxminən 200 milyard rubl (təxminən 2,7 milyar dollar) əlavə vəsait daxil olduğunu açıqlayıb.

"Yeni Sabah" xəbər verir ki, Siluanov "Rossiya-24" telekanalına müsahibəsində ölkə iqtisadiyyatı ilə bağlı müsbət gözləntilərə malik olduqlarını bildirib. O, son iki ayda əldə olunan gəlirlərin büdcə kəsiri ilə təxminən eyni səviyyədə olduğunu qeyd edib.

Eyni zamanda, Kreml sözçüsü Dmitri Peskov qlobal enerji böhranı barədə xəbərdarlıq edərək, Ukraynanın Rusiyanın enerji infrastrukturuna hücumlarını davam etdirdiyini vurğulayıb. Peskov bildirib ki, hazırda bir bareli 120 dollara çatan neftin qiyməti, Rusiya neftinin dünya bazarında azalacağı təqdirdə daha da yüksələ bilər.

Xatırladaq ki, fevralın 28-də baş vermiş ABŞ və İsrail hücumlarından sonra, martın 2-də İran İslam İnqilabı Keşikçiləri Korpusu Hörmüz boğazının keçidlər üçün bağlandığını elan etmişdi. Məhz bu hadisədən sonra qlobal neft qiymətləri sürətlə artmağa başlayıb./Musavat.com 


Telegram kanalımız
Seçilən
54
50
yenisabah.az

10Mənbələr