AZ

“Daha diqqətli olmalıyıq, Çempionlar Liqası üçün mübarizə aparırıq”

“Liverpul”un yarımmüdafiəçisi Dominik Soboslay İngiltərə Premyer Liqasının 35-ci turunda “Mançester Yunayted”ə 2:3 hesabı ilə uduzduqları oyundan sonra fikirlərini bölüşüb.

90deqiqe.Az-ın məlumatına görə, təcrübəli futbolçu bu barədə jurnalistlərə açıqlamasında deyib.

“Emosiyalar yaxşı deyil, çünki evə xalsız qayıdırıq. İlk hissədən sonra ümumiyyətlə razı qalmaq olmazdı. Bu oyundan ikinci hissənin başlanğıcını götürmək lazımdır, çünki məhz o vaxt biz kim olduğumuzu göstərdik”

Soboslay qeyd edib ki, oyun öncəsi standart vəziyyətlər və əks-hücumlar barədə danışılıb, lakin komanda buna baxmayaraq səhvlərə yol verib: “Standart vəziyyətdən qol buraxdıq, ikinci qol isə əks-hücumdan gəldi. Daha diqqətli olmalıyıq. Ümid edirəm ki, sonda bəxt bizim tərəfimizdə olacaq”.

O, gələcək planlardan da danışıb: “Gələn mövsümə fokuslanmıram. Qarşıda üç oyunumuz var və çox şeyə nail olmalıyıq. Çempionlar Liqasında oynamaq istəyirik”.

Hazırda “Liverpul” 58 xalla turnir cədvəlində 4-cü yerdədir. Eyni xala malik “Aston Villa” isə bir oyun az keçirib.

Seçilən
36
50
90deqiqe.az

10Mənbələr