AZ

“Liverpul”un müdafiə problemi: buraxılan qolların sayı 47-yə çatdı - 10 illik antirekord yeniləndi

İngiltərə “Liverpul”u Premyer Liqanın növbəti turunda “Mançester Yunayted”dən 3 qol buraxıb.

90deqiqe.Az-ın məlumatına görə, bununla da Mersisayd təmsilçisi cari mövsümdə qapısında gördüyü qolların sayını 47-yə çatdırıb.

İndiki İngiltərə çempionu son on ilə yaxın müddətdə bu qədər çox qol buraxmamışdı. Sonuncu belə hal “Lester”in çempionluğundan sonrakı dövrə təsadüf edir.

Xatırladaq ki, 2016/2017 mövsümündə çempionluqdan sonra “tülkülər” 63 qol buraxmış və çempionluğu qorumaqdan daha çox aşağı liqaya düşməmək uğrunda mübarizə aparmışdılar.

Hazırda isə “Liverpul” vəziyyəti nisbətən yaxşıdır. Komanda Premyer Liqanın turnir cədvəlində 4-cü pillədə qərarlaşıb.

Seçilən
49
49
90deqiqe.az

10Mənbələr