AZ

Təbiətdə niyə mavi məməlilər yoxdur?

Qaynarinfo portalından verilən məlumata əsasən, ain.az bildirir.

Məməlilər aləmində mavi rəngə demək olar ki, rast gəlinmir. Məsələn, onların heç birinin həqiqi mənada mavi tükləri yoxdur.

Qaynarinfo xəbər verir ki, "IFLScience" nəşri məməlilər arasında niyə mavi rəngin olmadığı barədə məlumat yayıb.

Qeyd olunur ki, primatlar məməlilər qrupunda ən müxtəlif və mürəkkəb rənglənmə diapazonlarından birinə malikdir. Məsələn, mavi meymun, mavi balina və mavi qnu kimi adlandırılan növlərin əslində şifer-boz rəngli olduğu, müəyyən işıqlandırma altında mavi görünə bildiyi bildirilir. Lakin bu rənglənmə əsl mavi deyil.

London Zoo ZSL-də baş baxıcı Şennon Fərrinqtonun sözlərinə görə, məməlilər öz təkamül tarixi ilə məhdudlaşır. Onun sözlərinə görə, bir çox heyvan minlərlə il ərzində məhz sağ qalmaq üçün lazım olan xüsusiyyətlərə uyğun şəkildə inkişaf edib.

O bildirib ki, məsələn, mandrillərdə üzün xarakterik rənglənməsi dəridəki zülal liflərinin işığı xüsusi şəkildə səpələməsi ilə əlaqədardır və bu, mavi rəngin əks olunmasına səbəb olur.

"Həm üz, həm də erkək fərdlərin bədəninin arxa hissəsi mavi və qırmızı rənglərin parlaq birləşməsini nümayiş etdirir ki, bu da dişiləri cəlb etməyə və dominantlığı göstərməyə kömək edir",  deyə Fərrinqton qeyd edib.

Bu hadisə Tindal effekti kimi tanınır və insanlarda mavi gözlərin olmasını da izah edir, baxmayaraq ki, onların tərkibində mavi piqment yoxdur.

Beləliklə, həqiqi mavi məməlilər mövcud deyil və mütəxəssisin sözlərinə görə, eyni şəkildə gerçək yaşıl rəngli məməlilər də yoxdur.

Aydın

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
30
qaynarinfo.az

1Mənbələr