AZ

Lənkəranda bıçaqlanma hadisəsi baş verib

ain.az, Avtosfer portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Lənkəranda çayxanada 36 yaşlı kişi həmkəndlisi tərəfindən bıçaqlanıb.

Avtosfer.az-ın Teleqraf-a istinadən verdiyi xəbərə görə, hadisə rayonun Girdəni kəndi ərazisində yerləşən çayxanaların birində qeydə alınıb.

Belə ki, aralarında yaranan mübahisə zəminində kənd sakini, 42 yaşlı Eldəniz Hüseynov 1990-cı il təvəllüdlü Samik Qadir oğlu Bayramova bıçaqla xəsarət yetirib.

Yaralı dərhal Lənkəran Rayon Mərkəzi Xəstəxanasının təcili yardım şöbəsinə hospitalizasiya olunub. S. Bayramova döş qəfəsi və bud nahiyəsinin açıq yarası diaqnozu qoyulub və əməliyyata götürülüb.

Əməli törətməkdə şübhəli bilinən 42 yaşlı Eldəniz Hüseynov polis əməkdaşları tərəfindən saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
39
1
avtosfer.az

2Mənbələr