AZ

Belqrad-Bakı reysi regionlararası bağlantını daha da gücləndirəcək - Rəşad Nəbiyev - FOTO

Belqrad-Bakı reysi regionlararası bağlantını daha da gücləndirəcək.

Day.Az xəbər verir ki, bu barədə Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev "X" hesabında paylaşım edib.

"Bu gün Heydər Əliyev Beynəlxalq Aeroportunda Belqraddan Bakıya ilk birbaşa aviareysi qarşıladıq.

Yeni marşrut turizm və biznes əlaqələrini genişləndirərək regionlararası bağlantını daha da gücləndirəcək.

İnanırıq ki, bu təşəbbüs nəqliyyatın inkişafı və rəqəmsallaşma prioritetləri ilə uzlaşaraq əməkdaşlığımızı daha da dərinləşdirəcək", - paylaşımda bildirilib.

Qeyd edək ki, mayın 3-də Heydər Əliyev Beynəlxalq Aeroportunda Serbiyanın milli aviadaşıyıcısı "Air Serbia" tərəfindən icra olunan Belqrad-Bakı-Belqrad marşrutu üzrə ilk birbaşa aviareysin rəsmi qarşılanma mərasimi keçirilib. Yeni uçuş proqramına əsasən, reyslər həftədə iki dəfə - çərşənbə və şənbə günləri yerinə yetiriləcək. Sözügedən marşrut Azərbaycan ilə Avropa arasında hava nəqliyyatı əlaqələrinin genişlənməsinə xidmət etməklə yanaşı, turizm və işgüzar səfərlərin artmasına əlavə imkanlar yaradır. İki ölkə arasında tətbiq olunan vizasız rejim isə qarşılıqlı səfərləri daha da asanlaşdırır və istiqamətə marağı artırır.

  • Belqrad-Bakı
  • Belqrad-Bakı
  • Belqrad-Bakı
  • Belqrad-Bakı
  • Belqrad-Bakı
  • Belqrad-Bakı
Seçilən
34
day.az

1Mənbələr