AZ

İrəvana uçan baş nazir Ankarada qaldı – təyyarə təcili endirildi

İspaniyanın baş naziri Pedro Sançesi daşıyan rəsmi təyyarə texniki nasazlıq səbəbindən Ankaraya təcili eniş edib.

Musavat.com xəbər verir ki, Madriddən İrəvana uçan Airbus A310 tipli təyyarədə problem yaranıb və buna görə Ankaraya eniş edilib.

Məlumata əsasən, texniki nasazlıq ciddi deyil, lakin təhlükəsizlik qaydalarına uyğun olaraq təyyarə dərhal marşrutunu dəyişib.

Bildirilir ki, Pedro Sançes gecəni Ankarada keçirəcək və səhər saatlarında İrəvana yola düşəcək. O, burada Avropa Siyasi Birliyi toplantısında iştirak etməlidir.

Qeyd olunur ki, bu, baş nazirin ilk belə hadisəsi deyil. 2025-ci ilin sentyabrında da təyyarə nasazlığı səbəbindən Parisdə keçirilən tədbirə fiziki olaraq qatıla bilməmiş, iclasa onlayn qoşulmuşdu.

 

Musavat.com

Seçilən
36
3
musavat.com

4Mənbələr