AZ

“Azadlıq Projesi” başlayır – Trampdan kritik Hörmüz əmri

ABŞ Prezidenti Donald Tramp Hörmüz boğazında yaranmış vəziyyətlə bağlı geniş açıqlama verib.

Musavat.com xəbər verir ki, Trampın sözlərinə görə, dünyanın müxtəlif ölkələri ABŞ-nin bu bölgədə qalan gəmilərin təhlükəsiz çıxarılması üçün kömək istəyib.

Trampın sözlərinə görə, bu gəmilər Hörmüz boğazında ilişib qalıb və baş verən münaqişə ilə heç bir əlaqəsi yoxdur: “Onlar sadəcə neytral və günahsız müşahidəçilərdir”.

ABŞ prezidenti qeyd edib ki, Vaşinqton bu ölkələrə gəmilərin təhlükəsiz şəkildə dar su yollarından çıxarılmasına yardım edəcəyini bildirib ki, onlar fəaliyyətlərini normal davam etdirə bilsinlər. O vurğulayıb ki, bu proses “Azadlıq Layihəsi” adlandırılıb və bazar ertəsi səhər saatlarında Yaxın Şərq vaxtı ilə başlayacaq.

Tramp əlavə edib ki, nümayəndələrinə həm gəmilərin, həm də ekipajların təhlükəsiz çıxarılması üçün maksimum səylərin göstərilməsi tapşırılıb: “Bu gəmilərin əksəriyyəti baş verənlərlə heç bir əlaqəsi olmayan ölkələrə məxsusdur”.

ABŞ Prezidenti bildirib ki, İranla aparılan danışıqlar müsbət məcradadır və bu proses bütün tərəflər üçün yaxşı nəticələr verə bilər. Onun sözlərinə görə, gəmilərin hərəkəti yalnız günahsız insanlar, şirkətlər və ölkələrin azad edilməsi məqsədi daşıyır.

Tramp həmçinin qeyd edib ki, bir çox gəmidə ərzaq və ekipajın normal şəraitdə qalması üçün zəruri ehtiyatlar tükənmək üzrədir: “Onlar mövcud şəraitin qurbanlarıdır”.

ABŞ lideri xəbərdarlıq edib ki, əgər bu humanitar prosesə hər hansı müdaxilə olarsa, buna “güclü şəkildə cavab veriləcək”.

 

Musavat.com

Seçilən
88
6
musavat.com

10Mənbələr