AZ

Şakiranın konsertinə rekord sayda tamaşaçı gəldi - VİDEO

Məşhur müğənni Şakiranın Braziliyanın Kopakabana sahilində keçirilən konsertinə rekord sayda tamaşaçı gəlib.

Bizim.Media xəbər verir ki, pulsuz konsertə təxminən 2,2 milyon insan gəldiyi bildirilib. Tamaşaçı sayına görə konsert son illərin ən böyük tədbiri olub.

Şakira özü də buna təəccüblənib. Onun həmin an çəkilən görüntüsü yayılıb.

Qeyd edək ki, 2022-ci ildə Tarkanın İzmirdəki konserti də 2 milyondan çox tamaşaçı sayına görə rekorda imza atmışdı.

Bizim.Media

 

Seçilən
74
bizim.media

1Mənbələr