AZ

Sərnişin təyyarəsi işıq dirəyinə çırpıldı

Amerika Birləşmiş Ştatlarının “United Airlines” aviaşirkətinə məxsus təyyarə Nyu-Cersi ştatındakı Nyuark Liberti hava limanına eniş edərkən magistral yoldakı işıq dirəyinə çırpılıb.

Publika.az xəbər verir ki, bu barədə ABŞ Federal Aviasiya İdarəsi məlumat yayıb.

Qurumun açıqlamasında bildirilir ki, “United Airlines” aviaşirkətinin 169 saylı reysi Nyuark Liberti beynəlxalq hava limanına enərkən Nyu-Cersi şosesindəki işıq dirəyinə dəyib.

Vurğulnıb ki, İtaliyanın Venesiya şəhərindən gələn “Boeing 767” tipli təyyarə hadisəyə baxmayaraq uğurla eniş edib. Həmçinin qeyd olunub ki, baş vermiş hadisə ilə bağlı araşdırma aparılacaq.

Seçilən
42
publika.az

1Mənbələr