Niderland Erediviziyasında 32-ci turun oyunları keçirilir.
Sportinfo.az xəbər verir ki, Azərbaycan millisinin vingeri Ozancan Kökçünün çıxış etdiyi "Volendam" doğma meydanda "Herenven"i qəbul edib.
Qarşılaşma qonaqların 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Ozancan Kökçü matça start heyətində başlayıb və 51-ci dəqiqədə əvəzlənib.
Qeyd edək ki, bu nəticədən sonra "Volendam" 31 xalla 16-cı pillədə qərarlaşıb. "Herenven" isə 50 xalla turnir cədvəlində 6-cı sırada yer alıb.
"Volendam" - "Herenven" 0:2
Qollar: L.Oyen, 8, D.Vente, 86