AZ

Merts ABŞ qoşunlarının Almaniyadan çıxarılması qərarından təəccüblənmədiyini bildirib

Bakı, 4 may, AZƏRTAC

Almaniya Kansleri Fridrix Merts ABŞ hökumətinin Almaniyadan 5 min Amerika əsgərini çıxarmaq qərarından təəccüblənmədiyini bildirib.

AZƏRTAC xəbər verir ki, bu barədə Merts ARD televiziyasına müsahibəsində deyib: “Son günlərdə eşitdiklərimizin heç biri yeni deyil. Vəziyyət bir qədər gərginləşmiş ola bilər, lakin bu, yeni bir məsələ deyil”.

Bununla belə, mart ayında Ağ Evdə ABŞ Prezidenti Donald Trampla görüşündən sonra Kansler fərqli mövqe səsləndirmişdi. O zaman Merts qeyd etmişdi ki, Amerika lideri ona ABŞ-nin Almaniyadakı hərbi mövcudluğunu qoruyub saxlayacağına söz verib. “Bu, yaxşı xəbərdir, baxmayaraq ki, mən bundan da azını gözləmirdim”, — deyə o vurğulamışdı.

Eyni zamanda, Merts ABŞ-nin qərarının İran ətrafındakı münaqişə ilə bağlı fikir ayrılıqları ilə əlaqəli olduğunu inkar edib: “Heç bir əlaqə yoxdur”.

Trampla münasibətlərinə toxunan Kansler bildirib ki, ABŞ Prezidentinin fərqli mövqeyini qəbul etmək lazımdır. “Lakin bu, amerikalıların Şimali Atlantika Alyansında ən vacib tərəfdaşlarımız olaraq qalacağına dair inamımı dəyişmir”, — deyə o əlavə edib.

Hazırda Almaniyada təxminən 38 min ABŞ hərbçisi yerləşir və bu, ölkəni Avropada Amerika qüvvələrinin ən böyük kontingentinə malik dövlətə çevirir.

Seçilən
76
azertag.az

1Mənbələr