AZ

Messinin “İnter Mayami”də 100 cü oyun statistikası açıqlanıb FOTO

ain.az bildirir, Idman.biz portalına istinadən.

Dünya futbolunun əfsanəsi Lionel Messi karyerasında növbəti yubileyini qeyd edib. 38 yaşlı hücumçu “İnter Mayami”nin heyətində 100-cü rəsmi matçını keçirib.

İdman.Biz xəbər verir ki, Florida derbisində “Orlando Siti” ilə qarşılaşan Messi yubiley gecəsində bir qol və bir məhsuldar ötürmə ilə yadda qalıb. Lakin onun bu performansı qələbə üçün kifayət etməyib və “İnter Mayami” rəqibinə 3:4 hesabı ilə uduzub.

Buna baxmayaraq, Messinin ABŞ-dəki ilk 100 oyunu həm qol, həm də ötürmə sayına görə onun “Barselona” və Argentina milli komandasındakı ilk 100 oyunluq göstəricilərini geridə qoyub. Təcrübəli hücumçu “İnter Mayami”də keçirdiyi 100 qarşılaşmada 86 qol vurub və 45 məhsuldar ötürmə edib. Müqayisə üçün bildirək ki, o, “Barselona”dakı ilk 100 oyununda 41, Argentina millisində isə 46 dəfə fərqlənə bilmişdi.

Messinin ABŞ-dəki uğurları təkcə fərdi göstəricilərlə məhdudlaşmır. O, komandasına tarixindəki ilk üç kuboku - 2023-cü ildə Liqalar Kubokunu, 2024-cü ildə “Supporters Shield” mükafatını və 2025-ci ildə MLS Kubokunu qazandırıb. Argentina millisi ilə ilk 100 oyununda titul qazana bilməyən ulduz futbolçu, “Barselona”da isə eyni dövr ərzində iki La Liqa, bir Çempionlar Liqası və bir İspaniya Superkubokuna sahib çıxıb.

İdman.Biz

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
64
icma.az

1Mənbələr