AZ

Atlantikdə kruiz gəmisində hantavirus yayılıb, ölənlər var

BAKI, 4 may. TELEQRAF

Atlantik okeanında üzən kruiz gəmisində hantavirus yayılması qeydə alınıb və nəticədə bir neçə nəfər həyatını itirib.

Teleqraf xəbər verir ki, bu barədə "France 24" Ümumdünya Səhiyyə Təşkilatının məlumatlarına əsasən xəbər yayıb. Məlumata görə, yoluxma faktlarından biri laboratoriya şəraitində təsdiqlənib, daha beş hal isə şübhəli hesab olunur.

Ümumilikdə altı nəfərin xəstələndiyi, onlardan üçünün öldüyü bildirilir. Xəstələrdən biri isə Cənubi Afrika Respublikasında reanimasiyadadır.

Qeyd olunur ki, yoluxma MV Hondius adlı gəmidə baş verib. Gəmi Argentinadan Kabo-Verde istiqamətində hərəkət edirmiş.

Məlumata görə, hantavirus əsasən gəmiricilərdən insanlara keçir və ağır tənəffüs xəstəliklərinə səbəb ola bilər.

Seçilən
45
teleqraf.com

1Mənbələr