AZ

“France 24”: Atlantik okeanında kruiz gəmisində hantavirusdan bir neçə nəfər ölüb

ain.az, Azertag portalına istinadən məlumat yayır.

Bakı, 4 may, AZƏRTAC

Atlantik okeanında kruiz gəmisində hantavirusun yayılması nəticəsində üç nəfər ölüb.

AZƏRTAC xəbər verir ki, bu barədə “France 24” telekanalı Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatlarına istinadla bildirib.

ÜST-nin məlumatına görə, yoluxma hallarından biri laboratoriyada təsdiqlənib, daha beş nəfər isə şübhəli hal kimi qiymətləndirilir. Cənubi Afrikada ümumilikdə altı nəfərin yoluxduğu qeyd olunur. Onlardan üçü həyatını itirib, biri isə reanimasiyadadır.

Bildirilib ki, epidemiya Argentinadan Kabo-Verdeyə gedən “MV Hondius” kruiz gəmisində baş verib.

Məqalədə vurğulanır ki, hantavirus adətən gəmiricilərdən insanlara keçir və ağır tənəffüs xəstəliklərinə səbəb ola bilər.

Xatırladaq ki, daha əvvəl Banqladeşdə bir qadın ölümcül Nipah virusuna yoluxduqdan bir həftə sonra vəfat etmişdi.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
37
3
azertag.az

4Mənbələr