AZ

Mers: ABŞ ın yeni rüsumları bütün Avropaya zərbədir

Bizimyol saytından alınan məlumata görə, ain.az bildirir.

Almaniyanın kansleri Fridrix Mers hesab edir ki, ABŞ prezidenti Donald Tramp tərəfindən elan olunan Avropa İttifaqından idxal edilən avtomobillərə tətbiq ediləcək yeni rüsumlar təkcə Almaniyaya deyil, bütövlükdə Avropaya yönəlmiş addımdır.

Bizimyol.info xəbər verir ki, Almaniya kansleri ARD telekanalına müsahibəsində bildirib.

Mers qeyd edib ki, ABŞ-ın yeni idxal rüsumlarını yalnız Almaniyaya qarşı yönəlmiş tədbir kimi qiymətləndirmir. “O, bütün Avropaya zərbə vurmaq istəyir”, – deyə dildirib. Bununla yanaşı, o əlavə edib ki, ABŞ prezidenti müəyyən mənada Avropa İttifaqının 2025-ci ilin avqustunda razılaşdırılmış ticarət sazişini hələ də yekunlaşdırmamasından “haqlı olaraq bir qədər məyusdur”. Bu sənədə qarşı Avropa Parlamenti daxilində hələ də müqavimət qalmaqdadır.

Almaniya hökumətinin rəhbərinin sözlərinə görə, Tramp Avropa tərəfinin davamlı olaraq yeni şərtlər irəli sürməsindən səbrini itirir. “Amerikalılar hər şeyi hazırlayıb, avropalılar isə yox”, – deyə kansler vurğulayıb. “Ümid edirəm ki, biz mümkün qədər tez bu məsələdə razılığa gələcəyik”, – deyə Mers fikrini yekunlaşdırıb.

Mayın 1-də Tramp bəyan edib ki, ABŞ gələn həftədən etibarən Amerika bazarına idxal olunan avtomobil və yük maşınlarına tətbiq edilən rüsumları 25%-ə qaldıracaq.

Qadir, Bizimyol.info

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
24
bizimyol.info

1Mənbələr