AZ

Türkiyənin xüsusi nümayəndəsi İrəvana gəlir

Türkiyənin Ermənistan ilə münasibətlərin normallaşdırılması üzrə xüsusi nümayəndəsi Serdar Kılıç "İrəvan dialoqu — 2026" beynəlxalq forumunda iştirak edəcək.

Publika.az xəbər verir ki, bu məlumat beynəlxalq forumun gündəliyində dərc olunub.

Gündəliyə əsasən, mayın 5-də Kılıç "Cənubi Qafqaz dönüş mərhələsində: sülh və əməkdaşlıq perspektivləri" mövzusunda keçiriləcək panel müzakirələrində iştirak edəcək.

Türkiyənin xüsusi nümayəndəsindən başqa, bu müzakirənin məruzəçiləri Ermənistan Milli Assambleyasının sədr müavini Ruben Rubinyan, Avropa İttifaqının Cənubi Qafqaz və Gürcüstandakı böhran üzrə xüsusi nümayəndəsi Maqdalena Qrono, Gürcüstan xarici işlər nazirinin müavini Laşa Darsaliya, həmçinin Azərbaycanın nümayəndəsi, Topçubaşov Mərkəzinin direktoru Rusif Hüseynov olacaq.

Seçilən
41
publika.az

1Mənbələr