AZ

ABŞ Hörmüzdən keçid gözləyən gəmiləri necə azad edəcək? - DETALLAR

ABŞ prezidenti Donald Trampın Hörmüz boğazından gəmiləri təxliyə etmək üçün elan etdiyi “Azadlıq Əməliyyatı” ticarət gəmilərinin ABŞ Hərbi Dəniz Qüvvələri tərəfindən bilavasitə müşayiət olunmasını nəzərdə tutmur.

Musavat.com xəbər verir ki, məlumatı Axios və The Wall Street Journal Vaşinqton administrasiyasındakı mənbələrə istinadən yayıb.

Bir mənbəyə görə, ABŞ Hərbi Dəniz Qüvvələrinin gəmiləri boğazdan keçən ticarət gəmilərinə qarşı iddia edilən İran hərbi hücumlarının qarşısını almaq üçün "yaxınlıqda" olacaqlar. Eyni zamanda sığorta şirkətləri, daşıyıcılar və alıcılar arasında sıx koordinasiya qurulacaq.

Bundan əlavə, bildirilir ki, Hərbi Dəniz Qüvvələri ticarət gəmilərinə Hörmüz boğazından keçən ən təhlükəsiz gəmiçilik marşrutları barədə məlumat verəcək. 

Musavat.com

Seçilən
35
musavat.com

1Mənbələr