AZ

"İrəvan Dialoqu - 2026" konfransında Azərbaycanı o təmsil edəcək

Azərbaycanın nümayəndəsi, Topçubaşov Mərkəzinin direktoru Rusif Hüseynov "İrəvan dialoqu — 2026" beynəlxalq forumunda iştirak edəcək.

Publika.az xəbər verir ki, bu məlumat beynəlxalq forumun gündəliyində dərc olunub.

Gündəliyə əsasən, mayın 5-də Rusif Hüseynov"Cənubi Qafqaz dönüş mərhələsində: sülh və əməkdaşlıq perspektivləri" mövzusunda keçiriləcək panel müzakirələrində iştirak edəcək.

Azərbaycanın nümayəndəsindən başqa, bu müzakirənin məruzəçiləri Ermənistan Milli Assambleyasının sədr müavini Ruben Rubinyan, Avropa İttifaqının Cənubi Qafqaz və Gürcüstandakı böhran üzrə xüsusi nümayəndəsi Maqdalena Qrono, Gürcüstan xarici işlər nazirinin müavini Laşa Darsaliya, həmçinin Türkiyənin Ermənistan ilə münasibətlərin normallaşdırılması üzrə xüsusi nümayəndəsi Serdar Kılıç lacaq.

Seçilən
33
publika.az

1Mənbələr