AZ

Napoli Lukakoya görə 10 milyon tələb edir

sport24.az saytından verilən məlumata görə, ain.az xəbər verir.

"Napoli" hücumçusu Romelu Lukakunun transferi üçün 10 milyon avro istəyir. Sport24.az xəbər verir ki, bu barədə "La Gazetta dello Sport" məlumat yayıb.

Belçikalı DÇ-2026-dan sonra klubdan ayrıla bilər. O, Türkiyə və Səudiyyə Ərəbistanı komandalarının maraq dairəsinə düşüb. 

Bir müddət əvvəl mətbuatda Lukakunun "Napoli" ilə münasibətlərinin pisləşdiyi və yay "transfer pəncərəsi"ndə klubdan ayrılmağa yaxın olduğu barədə xəbərlər yayılmışdı.

Qeyd edək ki, Lukaku bu mövsüm "Napoli"nin heyətində bütün turnirlərdə yeddi oyuna çıxıb və bir qol vurub. Belçikalı bud əzələsindəki problem səbəbindən mövsümün ilk yarısını buraxıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
17
sport24.az

1Mənbələr