AZ

Gəncədə ailə dramı: 22 yaşlı qadın xəstəxanalıq oldu

Gəncədə ailə münaqişəsi qanla nəticələnib.

Bizim.Media xəbər verir ki, hadisə şəhərin Məhsəti qəsəbəsində baş verib.

Qəsəbə sakini, 2004-cü il təvəllüdlü Səma Hətəmli boyun nahiyəsinin kəsilmiş-deşilmiş yarası diaqnozu ilə xəstəxanaya yerləşdirilib.

O, dərhal əməliyyata götürülüb. Vəziyyətinin orta ağır olduğu bildirilir.

İlkin versiyaya görə, qadına xəsarət yetirməkdə şübhəli bilinən həyat yoldaşı Sənan Hətəmi polis əməkdaşları tərəfindən axtarılır.

Faktla bağlı araşdırma aparılır.

Məqsəd Rəhimov, Bizim.Media, Qərb bürosu

Seçilən
19
1
bizim.media

2Mənbələr