AZ

ABŞ Hörmüzdən gəmiləri çıxarmağa başlayacaq 100 dən çox təyyarə və 15 min hərbçi cəlb edəcək

ain.az, Azpolitika.az saytına istinadən bildirir.

ABŞ-nin Hörmüz boğazından gəmilərin təhlükəsiz keçidini təmin etmək məqsədi daşıyan "Azadlıq Layihəsi" əməliyyatında təxminən 15.000 hərbçi, idarə olunan raket esminesi və 100-dən çox təyyarə iştirak edəcək.

"Report" xəbər verir ki, bu barədə ABŞ Mərkəzi Komandanlığı məlumat yayıb.

Qeyd olunub ki, əməliyyata hərbi dəstək idarə olunan raket esminetsləri, 100-dən çox təyyarə, müxtəlif pilotsuz platformalar və təxminən 15.000 hərbi qulluqçudan ibarət olacaq.

Əməliyyat hərbi münaqişə səbəbindən Hörmüz boğazı sularında qalan gəmilərlə bağlı vəziyyətlə əlaqədar olaraq həyata keçirilir.

Daha əvvəl ABŞ Prezidenti Donald Tramp əməliyyatın Yaxın Şərq vaxtı ilə 4 may səhəri başlayacağını açıqlamışdı. O, missiyanın əsas məqsədinin gəmiləri boğazdan təhlükəsiz şəkildə çıxarmaq olduğunu bildirmişdi.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
27
5
azpolitika.info

6Mənbələr