AZ

Əfqan mühacir ABŞ-ı qarışdırdı

Əfqan mühacir ABŞ-da 11 sentyabr 2001-ci il faciəsinin təsviri olan xalçalar satır.

Publika.az xəbər verir ki, bu barədə “California Post” (CP) qəzeti məlumat yayıb.

Əfqanıstandan gələn Məsud Əzizi belə bir xalçanı Kaliforniyanın Santa-Barbara şəhərindəki işlək küçədə yerləşən mağazasının qarşısından asıb. O, 450 dollar dəyərində olan "unikal dizaynlı" xalçanın əfqan ustalar tərəfindən hazırlandığını izah edib və təyyarələrin əkiz qüllələrə çırpılaraq onları dağıtdığı təsviri "sadəcə tarix" adlandırıb.

Bu xalçanın satışı, xüsusilə xilasetmə əməliyyatında iştirak edən yanğınsöndürənlər arasında böyük narazılığa səbəb olub. Belə ki, 2001-ci ilin sentyabrında Nyu-York yanğından mühafizə idarəsinə rəhbərlik edən Tomas fon Essen həm bu xalçanı yaradanları, həm də onu alan amerikalıları "ürəksiz idiotlar" adlandırıb. O vurğulayıb ki, onun və sağ qalan əməkdaşları üçün 11 sentyabr faciəsinin ağrısı yox olmayıb.

Dekabr ayında ABŞ-ın 46-cı prezidenti Co Baydenin oğlu Hanter Bayden atasının vəzifədə olduğu müddətdəki əsas uğursuzluqları kimi uğursuz miqrasiya siyasətini və Amerika qoşunlarının Əfqanıstandan çıxarılmasını göstərib.

Seçilən
18
publika.az

1Mənbələr