AZ

Tofiq Bəhramov da gümüş oyun

ain.az, sport24.az portalına istinadən məlumat verir.

Misli Premyer Liqasının 30-cu turunun üçüncü oyun günündə bir görüş keçiriləcək. Sport24.az xəbər verir ki, "Qarabağ" "Tofiq Bəhramov""da "Turan Tovuz"u qəbul edir.

Hesabat həftəsinin mərkəzi qarşılaşması maraqla gözlənilir. Hazırda aktivində 59 xal olan meydan sahibləri turnir cədvəlinin 2-ci, ondan 3 xal gerin qalan qonaqlar isə 3-cü pilləsində qərarlaşıb. "Boz qurdlar" çətin səfərdən 3 xalla qayıdacağı halda ikinci yerə yüksələ bilər. Çempionluğu əldən verən Qurban Qurbanovun yetirmələri bunu başa düşür və heç şübhəsiz ki, ikinciliyi də əldən verməmək üçün qələbəyə kökləniblər. 

Qeyd edək ki. tura sabah keçiriləcək "Karvan-Yevlax" - "Neftçi" matçı ilə yekun vurulacaq.

Misli Premyer Liqası

III dövrə, XXX tur

19:30. "Qarabağ" - "Turan Tovuz"

Hakimlər: Rəşad Əhmədov, Namiq Hüseynov, Rahil Ramazanov, Vüqar HəsənliVAR: Tural QurbanovAVAR: Asiman ƏzizliHakim-inspektor: Babək QuliyevAFFA nümayəndəsi: Zaur Hacı-MəhərrəmovBakı. Tofiq Bəhramov adına Respublika stadionu. 

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
11
sport24.az

1Mənbələr