Türkiyədə təhsil alan azərbaycanlı tələbə Əli Rüfət oğlu Rüstəmov yol-nəqliyyat hadisəsi nəticəsində dünyasını dəyişib.
Redaktor.az xəbər verir ki, bu barədə mərhumun yaxınları məlumat veriblər.
Bildirilib ki, Əli Rüstəmovun nəşi Azərbaycana gətirilib və dəfn edilib (konkret.az).