AZ

"Yeraltı" serialının çəkilişi dayandırılıb? - Aktrisa özü AÇIQLADI

“Yeraltı” serialının çəkiliş meydançasında baş verdiyi iddia olunan hadisə şou-biznes gündəmini qarışdırıb.

Musavat.com xəbər verir ki, iddialara görə, aktrisa Devrim Özkanın saçlarından gələn güclü qoxu səbəbindən çəkilişlər müvəqqəti dayandırılıb.

Bu iddia ilə çıxış edən tanınmış jurnalist Akif Yaman bildirib ki, rejissor çəkilişləri dayandıraraq fasilə verib və hətta aktrisanın saçlarının həmin vaxt yuyulduğu iddia olunub. Həmçinin, istifadə edilən bitki mənşəli saç baxım məhsullarının qoxuya səbəb olduğu irəli sürülüb.

Məsələ ilə bağlı Devrim Özkan gecikmədən açıqlama verərək iddiaları qəti şəkildə təkzib edib. Aktrisa yayılan məlumatların tamamilə əsassız olduğunu vurğulayıb və bunu “nüfuz sui-qəsdi” kimi qiymətləndirib.

Devrim Özkan bildirib ki, bu cür xəbərlər onun şəxsi həyatını və peşəkar fəaliyyətini hədəfə alır və məqsəd yalnız diqqət çəkmək və “klik” toplamaqdır. O, bu kimi iddialarla daha əvvəl də qarşılaşdığını və bunun sistemli qaralama kampaniyasına çevrildiyini qeyd edib.

Aktrisa sərt ifadələrlə çıxış edərək bildirib ki, böhtan və yalan üzərindən qurulan diqqət uzunmüddətli olmayacaq və həqiqət gec-tez üzə çıxacaq.

Devrim Özkan həmçinin vurğulayıb ki, susqunluğu zəiflik kimi qəbul edilməməlidir və bu dəfə hüquqi addımlar atacaq. O, bu iddiaları yayan şəxslər və media qurumları ilə bağlı məhkəməyə müraciət edəcəyini açıqlayıb.

Qalmaqallı iddialar sosial mediada geniş müzakirələrə səbəb olub və istifadəçilər məsələ ilə bağlı fərqli mövqelər sərgiləyiblər. Hadisənin hüquqi müstəvidə necə davam edəcəyi isə maraqla gözlənilir.

Musavat.com

Seçilən
15
musavat.com

1Mənbələr