Müəllif:Mehin Qasımova,Banco.az
Bitkoinin qiyməti 31 yanvar 2026-cı ildən bəri ilk dəfə olaraq ticarət zamanı 80.000 dollar həddini keçib.
Banco.az xəbər verir ki, Binance platformasının məlumatına görə, Bitkoinin qiyməti 2,61% artaraq 80.160 dollara yüksəlib.
Analitiklər qeyd edirlər ki, bazarda müşahidə olunan bu yüksəliş investor marağının artması və qlobal maliyyə bazarlarında risk iştahının güclənməsi ilə bağlıdır.