ABŞ prezidenti Donald Trampın keçmiş vəkili və müttəfiqi, Nyu-York şəhərinin keçmiş meri Rudi Culiani ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.
Publika.az xəbər verir ki, bu barədə CNN Culianinin sözçüsü Ted Qudmana istinadən məlumat yayıb.
"Mer Culiani həyatındakı hər çətinliyin öhdəsindən sarsılmaz güclə gəlmiş döyüşçüdür və hazırda da eyni güclə mübarizə aparır".
Qudmanın açıqlamasında 81 yaşlı Culianinin xəstəxanada olmasının səbəbi göstərilməyib.
Cümə günü Culiani “X”də yayımlanan "America's Mayor Live" verilişinin izləyicilərinə bildirib ki, səsi bir az zəifdir, ona görə də həmişəki kimi ucadan danışa bilməyəcək. O, veriliş boyu öskürüb.