AZ

ABŞ-ın yeni tarifləri Almaniyanın avtomobil sənayesinə ildə 2,5 milyard avroya başa gələcək

Müəllif:Mehin Qasımova,Banco.az

ABŞ-ın yeni Aİ avtomobillərinə elan etdiyi 25% tarifləri Almaniya avtomobil sənayesinə ildə təxminən 2,5 milyard avro əlavə yük yarada bilər.

Banco.az xəbər verir ki, bu barədə Bohumdakı Avtomobil Tədqiqatları Mərkəzinin (CAR) hesablamalarında qeyd edilib.

CAR direktoru Ferdinand Dudenhöffer hesab edir ki, Vaşinqtonun hərəkətləri açıq şəkildə Almaniyaya yönəlib.

O, iddia edib ki, xarici avtomobil istehsalçılarının ABŞ-a ixracı əhəmiyyətsiz olduğundan,  Trampın tarif tətbiq etməklə bağlı yeni təhdidləri Almaniyaya qarşı iqtisadi müharibənin başlanğıcı kimi şərh edilə bilər.

Almaniya Sənaye Assosiasiyası (BDI) da tarif vəziyyəti ilə bağlı şərh verib. BDI bildirib ki, Amerika tərəfi getdikcə artan təxribatlarla qarşılıqlı etimadı sarsıdır. Assosiasiya qeyd edib ki, Aİ və ABŞ arasında ticarət müqaviləsinə hər iki tərəf hörmət etməlidir. BDI yekun olaraq bildirib ki, Avropa qanunvericiliyi və ticarət siyasəti şəffaf hüquqi prosedurlar vasitəsilə formalaşır və əsas sənaye sahələrinə qarşı elan edilməmiş cəzalar vasitəsilə onlara təzyiq göstərmək cəhdləri yersizdir".

Qeyd edək ki, Mayın 1-də Tramp ABŞ gələn həftədən etibarən Amerika bazarına göndərilən minik və yük maşınlarına idxal tarifini 25%-ə qaldıracağını bəyan etdi.

Seçilən
13
1
banco.az

2Mənbələr