AZ

Hörmüz boğazında gəmiyə naməlum hücum olub

Moderator.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) sahillərində, Hörmüz boğazında tanker naməlum hücuma məruz qalıb.

Moderator.az xəbər verir ki, bu barədə Böyük Britaniya Hərbi Dəniz Qüvvələrinin Dəniz Ticarət Əməliyyatları Mərkəzi (UKMTO) məlumat yayıb.

"UKMTO 78 dəniz mili (125,9 km - red.) şimalda, BƏƏ ərazisində baş verən hadisə barədə məlumat alıb. Tanker mənşəyi naməlum mərmilərlə atəşə tutulub", - deyə mərkəzin sosial şəbəkə hesabında məlumat verilib.

Qeyd olunur ki, gəmi heyəti təhlükəsizlikdədir, hadisə zamanı ətraf mühitə ziyan dəyməyib.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
5
3
moderator.az

4Mənbələr