AZ

Britaniya 2030 cu ilə qədər yeni silahların alınması üçün vəsait tapa bilmir

Bizimyol saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Böyük Britaniya maliyyə çatışmazlığı səbəbindən 2030-cu ilə qədər yeni silah sistemləri ala bilməyəcək.

Bizimyol.info xəbər verir ki, bu barədə ölkənin Silahlı Qüvvələrinin Strateji Komandanlığının keçmiş rəhbəri Riçard Berrons “The Times” qəzetinə açıqlamasında bildirib.

2025-ci ilin iyununda hazırlanmış strateji müdafiə icmalının həmmüəllifi olan Berrons qeyd edib ki, Birləşmiş Krallığın silahlı qüvvələri müharibəyə hazırlıq məsələsini yalnız nəzəri səviyyədə müzakirə edə bilir, çünki real olaraq yeni silahların alınması üçün maliyyə vəsaiti yoxdur. Onun sözlərinə görə, mövcud büdcə əsasən tanklar, helikopterlər və artilleriyanın saxlanmasına kifayət edir, lakin dronlar, baraj sursatları və süni intellektə əsaslanan müasir avtonom sistemlər kimi texnologiyalara yetmir.

Berrons əlavə edib ki, Müdafiə Nazirliyi icmalın dərcindən sonra hərbi maliyyələşdirmə sahəsində geriləmə ilə üzləşib. Onun fikrincə, investisiya çatışmazlığı müdafiə sənayesinin “zəifləməsinə” gətirib çıxarır və şirkətləri istehsalı xaricə köçürməyə məcbur edir. “Hazırda vəsait yoxdur və növbəti dörd il ərzində də olmaya bilər. Bu səbəbdən bir çox qabaqcıl texnologiya şirkətləri Almaniya, Polşa və ABŞ kimi ölkələrə yönəlib. Bu isə sənaye bazasının tükənməsi riskini artırır”, – deyə o vurğulayıb.

2025-ci il iyunun 2-də qəbul edilən 144 səhifəlik müdafiə icmalında ölkəyə yönələn əsas təhlükələr, silahlı qüvvələrin döyüş hazırlığının artırılması ilə bağlı tövsiyələr və ordunun mövcud vəziyyəti qiymətləndirilib. Sənəd 2024-cü ilin iyulundan hazırlanıb və onun müəllifləri arasında NATO-nun keçmiş baş katibi Corc Robertson, Riçard Berrons, ABŞ Milli Təhlükəsizlik Şurasının keçmiş rəsmisi Fiona Hill və bir sıra hökumət və müstəqil ekspertlər yer alıb.

Bizimyol.info

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
26
icma.az

1Mənbələr