ain.az bildirir, Idman.biz portalına istinadən.
“Real Madrid” futbol komandasının hücumçusu Vinisius Junior İspaniya La Liqasının 34-cü turunda “Espanyol”a qarşı keçirilən matçın qəhrəmanı olub.
İdman.Biz “SofaScore” portalına istinadla xəbər verir ki, 25 yaşlı futbolçunun çıxışı ən yüksək - 10 balla qiymətləndirilib. Braziliyalı ulduz qarşılaşmanın 55 və 66-cı dəqiqələrində rəqib qapısına yol tapıb.
Vinisius Junior təkcə qolları ilə deyil, həm də digər göstəriciləri ilə fərqlənib. O, matç ərzində üç dəfə məhsuldar ötürmə imkanı yaradıb, səkkiz dəfə rəqibin kobudluğuna məruz qalıb və 14 dueldən 10-da qalib gəlib.
Bu, Vinisiusun 2024-cü ilin noyabrında “Osasuna” ilə oyundakı het-trikindən sonra aldığı ilk maksimal baldır.
İdman.Biz
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.