Azərbaycan II Liqasında XXV turun oyunları keçirilir.
Fanat.Az xəbər verir ki, ötən gün start götürən tur çərçivəsində bu gün daha 2 görüş baş tutacaq.
Əvvəlcə "Kür-Araz" ikinci "altılığ"ın lideri "Şəki Siti"ni qəbul edəcək. İmişli təmsilçisi qələbə qazanacağı halda, şəkililərlə xal fərqini 3-ə endirəcək.
Günə “Ağdaş” – “Araz Saatlı” matçı ilə yekun vurulacaq. Meydan sahibləri autsayderlə matçda qələbə qazanmaq əzmindədir.
Bazar günü start götürən turun açılış oyununda "Göygöl" evdə "Ağstafa Gəncləri" ilə sülhə (1:1) razılaşıb.
Tura sabah yekun vurulacaq.
Azərbaycan II Liqası
XXV tur
4 may
“Kür-Araz” – “Şəki Siti”
Hakimlər: Nəriman Ağayev, Rəşad Quliyev, Sadiq Əliyev, İrşad Aydınov
Hakim-inspektor: İmanxan Sultani
AFFA nümayəndəsi: Eldar Məmmədov
Heydər Əliyev adına İmişli şəhər stadionu, 16:00
“Ağdaş” – “Araz Saatlı”
Hakimlər: Sənan Bayramzadə, Vüqar Bayramov, Hüseyn Vəliyev, Rövşən Rəcəbov
Hakim-inspektor: Əmrah İbrahimov
AFFA nümayəndəsi: Mübariz Hüseynov
Ağdaş şəhər stadionu, 16:30
