AZ

İspaniya baş naziri Sançesin təyyarəsi Ankarada təcili eniş edib

Yolda texniki nasazlıq yaranan Airbus A310 ehtiyat tədbiri olaraq Türkiyənin paytaxtına endirilib, baş nazir və nümayəndə heyəti gecəni Ankarada keçirib...

Poliqon xəbər verir ki, İspaniyanın baş naziri Pedro Sançesi daşıyan təyyarə Madriddən İrəvana uçuşu zamanı Türkiyənin paytaxtı Ankarda təcili eniş edib. Bu barədə El National nəşri məlumat yayıb.

EFE agentliyinin mənbələrinə istinadən verdiyi xəbərə görə, təyyarə texniki səbəbdən təcili eniş edib. Agentliyin yazdığına əsasən, nasazlıq ciddi olmasa da, pilotlar protokola uyğun olaraq hava gəmisini Ankarada endiriblər. Baş nazir Sançes və onun nümayəndə heyəti gecəni Ankarada keçirib. Baş nazirin İrəvana mayın 4-ü səhər saatlarında yola düşməsi planlaşdırılır.

Pedro Sançes İrəvan səfəri zamanı mayın 4-5-nə planlaşdırılmış Avropa Siyasi Birliyinin görüşündə iştirak edəcək. Forum 2022-ci ildə Fransa Prezidenti Emmanuel Makronun təşəbbüsü ilə yaradılıb. Həmçinin İrəvanda Avropa İttifaqı – Ermənistan sammiti keçiriləcək. Sammitdə Ermənistanı baş nazir Nikol Paşinyan təmsil edəcək. Ukrayna və İrandakı münaqişələrin həlli strategiyalarını müzakirə etmək üçün 40-dan çox ölkənin nümayəndələri bir araya gələcək.

Poliqon.info

Seçilən
16
poliqon.info

1Mənbələr