AZ

Güclü tərləmə təhlükəli xəstəliyin əlaməti ola bilər

Həddindən artıq tərləmə və ya hiperhidroz təhlükəli xəstəliklərin əlaməti ola bilər.

Ölkə.az "lenta.ru"ya istinadla xəbər verir ki, bu barədə rusiyalı cərrah Dmitri Dankov danışıb.

Həkimin sözlərinə görə, güclü tərləmə endokrin sistem xəstəlikləri səbəbindən yarana bilər. Bunlara diabet, qadın cinsi hormonlarının azalması və qalxanabənzər vəz hormonlarının həddindən artıq istehsalı (hipertireoz) daxildir.

Bundan əlavə, həddindən artıq tərləmə müxtəlif bakterial infeksiyalar, HİV, vərəm, narahatlıq pozğunluqları, panik ataklar, xərçəng, ürək-damar və vegetativ sinir sistemləri ilə bağlı problemlər və qaraciyər problemləri səbəbindən yarana bilər.

Dankov qeyd edib ki, bəzi hallarda güclü tərləmə müəyyən dərmanların qəbulu ilə də bağlı olur. Bu dərmanlara antidepressantlar və qızdırmasalıcı preparatlar daxildir.

“Əgər hiperhidroz digər simptomlarla çəki itkisi, dərinin qaralması, yüksək temperatur, zəiflik və ya yorğunluqla müşayiət olunursa, səbəbin müəyyənləşdirilməsi üçün dərhal həkimə müraciət etmək tövsiyə olunur”, - deyə həkim əlavə edib.

Həmidə İbrahimova

Seçilən
19
1
olke.az

2Mənbələr