İranda rejim əleyhinə nümayişlərdə iştirak edən üç nəfər "Mossad"la əlaqədə ittiham olunaraq edam edilib.
Publika.az xəbər verir ki, bu barədə İran mediası məlumat yayıb.
Bildirilib ki, sözügedən şəxslər 2026-cı ilin yanvar ayında başlayan küçə etirazları zamanı Məşhəddə “Mossad” agentləri kimi zorakılıq aktlarında iştirak ediblər.
Həmçinin iddiaya görə, onlar təhlükəsizlik zabiti Həmid Rza Yusifi Nejadın öldürülməsində birbaşa rol oynayıblar.