AZ

AİB prezidenti: Dəyişən tranzit marşrutları və geosiyasi risklər Orta Dəhlizin əhəmiyyətini daha da artırır

ain.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Tbilisi, 4 may, AZƏRTAC

Yaxın Şərqdə davam edən münaqişə səbəbindən dəyişən tranzit marşrutları və geosiyasi risklər Orta Dəhlizin əhəmiyyətini daha da artırır.

AZƏRTAC xəbər verir ki, bu sözləri Asiya İnkişaf Bankının (AİB) prezidenti Masato Kanda söyləyib.

Onun sözlərinə görə, AİB gələcəkdə Asiya və Avropa arasında mühüm əlaqə olan nəqliyyat dəhlizlərini təkmilləşdirmək üçün dəstəyini gücləndirəcək.

"AİB bu yaxınlarda Şərq-Qərb magistral yolunun Gürcüstandan keçən hissəsində Rikoti aşırımının tikintisini tamamlayıb. Bank planlaşdırılan yol və dəmir yolu layihələri vasitəsilə əsas nəqliyyat dəhlizlərinin bərpasına dəstəyini gücləndirməyə davam edəcək", - deyə Masato Kanda bildirib.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
17
2
azertag.az

3Mənbələr