Daxili İşlər Nazirliyi son iki gün ərzində ölkə ərazisində qeydə alınan cinayətlərlə bağlı məlumat yayıb. Qurumun mətbuat xidmətindən 1news.az-a verilən məlumata görə, mayın 2-si və 3-də polis əməkdaşları tərəfindən 80 cari, həmçinin əvvəlki dövrlərdən bağlı qalan 15 cinayətin açılması təmin edilib. Bildirilib ki, axtarışda olduğuna görə ümumilikdə 80 nəfər, o cümlədən borclu şəxs qismində axtarılan 49 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib. Məlumata əsasən, narkotiklərlə əlaqəli 31, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı isə 7 fakt müəyyən edilib. Eyni zamanda, cinayət törətməkdə şübhəli bilinən 72 nəfər saxlanılıb.